Sənan Daşdəmirli ev dustaqlığına buraxıldı

Rafiq Daşdəmirov: “Sənanın sol gözündə deşik olduğundan təzyiqi tez-tez artırdı”

Source:


Rafiq Daşdəmirov: “Sənanın sol gözündə deşik olduğundan təzyiqi tez-tez artırdı”

Fevralın 13-də AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirli azadlığa buraxılıb. Sənan Daşdəmirlinin barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbiri başa çatıb.

Nərimanov Rayon Məhkəməsində onun barəsində qətimkan tədbirinin artırılmasına baxılıb. Məhkəmənin qərarı ilə Sənan Daşdəmirli barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə Meydan TV-yə açıqlama verən Rafiq Daşdəmirov deyib ki, oğlunun sol gözündə deşik olduğundan təzyiqi tez-tez artırdı. Bundan başqa, düz bağırsağında çat var. Məhkəmə bunları əsas götürüb ev dustaqlığı haqqında qərar çıxarıb.

Ana səhifəXəbərlərSənan Daşdəmirli ev dustaqlığına buraxıldı