Şəmkirdə ƏƏSMN əməkdaşı həbs olunub

“Əvəzində Həsənağa İsmayılov təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişini götürüb”.

Source: MeydanTV


Həsənağa İsmayılov ünvanlı sosial yardımı mənimsəməkdə günahlandırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialının əməkdaşı Həsənağa İsmayılov həbs edilib.

Məlumatı Şəmkir Rayon Prokurorluğu yayıb.

Bildirilir ki, Həsənağa İsmayılov Şəmkirin Bayramlı kənd sakini Aynurə Məmmədovaya ünvanlı sosial yardım düzəldib: “Aralarında razılaşıblar. Əvəzində Həsənağa İsmayılov təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişini götürüb. Ümumilikdə 1200 manat mənimsəyib”.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığı bildirilir.

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunur.

Ana səhifəSosialŞəmkirdə ƏƏSMN əməkdaşı həbs olunub