“Səmimi dialoq varsa, onda “rəngli inqilab”a lüzum qalmır”

Viktoriya Nuland: “Dünyada ən güclü ölkələr fəal vətəndaş cəmiyyəti ilə hökumət arasında açıq və fəal təmasların olduğu ölkələrdir”

Source:


Viktoriya Nuland: “Dünyada ən güclü ölkələr fəal vətəndaş cəmiyyəti ilə hökumət arasında açıq və fəal təmasların olduğu ölkələrdir”

Fevralın 17-də mətbuat konfransı keçirən ABŞ dövlət katibinin müavinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Meydan TV də daxil olmaqla jurnalistlərin suallarını cavablandırıb.



Azərbaycan parlamentində iki ölkə əlaqələri barədə keçirilən son dinləmələri nəzərə alaraq qeyd edə bilərik ki, münasibətlərdəki 3 sahədən ikisində işlər qaydasında gedir. Amma insan haqları və demokratiya sahəsi  narahatedicidir. Bunların arasında ABŞ-ın “rəngli inqilablar”a dəstək verməsi iddiaları da daxildir. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, bizi narahat edən, təlaşlandıran məqamlar var idi və bu barədə bəyanatlar vermişdik. İndi lazım olan odur ki, formaya və struktura malik dialoq olsun. Məhz bu baxımdan prezident vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoqun qurulmasına razılıq verdi. İnanıram ki, qurulan dialoq bəzi məsələlərə və problemlərin həllinə aydınlıq gətirəcək. Prezidentin verdiyi razılığı yüksək qiymətləndirirəm. Dialoq azad media, vətəndaş cəmiyyəti və insan haqları məsələlərilə məşğul olacaq.  Dünyada ən güclü ölkələr fəal vətəndaş cəmiyyəti ilə hökumət arasında açıq və fəal təmasların olduğu ölkələrdir. Hər hansı ölkədə açıq və səmimi dialoq varsa, onda “rəngli inqilab”a lüzum qalmır. “Rəngli inqilablar” o zaman baş verir ki, hökumətlə vətəndaş cəmiyyəti arasında soyuqluq, gərginlik və bağlı qapılar olsun. Yəni onların bir-birlərinin ehtiyaclarını həll etmək üçün zəruri və lazımi şərait olmasın. Ümidvarıq ki, hökumətlə vətəndaş cəmiyyəyti arasında güclü dialoq, eyni zamanda, ABŞ-la Azərbaycan arasında yaradılacaq təmas və dialoqlar təhlükəsizlik və enerji sahələrindəki olduğu kimi, bu sahədə də vəziyyəti yaxşılaşdıracaq.



Ermənistan-Azərbaycan təmas xəttində gərginliyin azaldılması üçün ABŞ-in səyləri barədə şərh vermənizi istərdk. Sülh yoluyla nizamlanmaya nail olmaq üçün Amerika hansı spesifik addımlar ata bilər və azərbaycanlı əsirlərin azad edilməsi üçün nə edir?

– Ötən 6 ayda təmas xəttində gərginlik bizi narahat edib və bununla bağlı mesajımızı verdik. Eyni ismarıcımızı Ermənstanda da çatdıracağıq. Biz zorakılığa son qoyulmasını, tərəflərin danışıq masasına qayıtmasını və ümumi prosesin Minsk Qrupunun dəstəyilə həyata keçirilməsini istəyirik. Əsirlərə gəldikdə, hesab edir və inanırıq ki, onlar humanitar  jest olaraq Azərbaycana qaytarılmalıdır. Fevralın 18-də Yerevanda bu məsələni qaldıracağıq.

Ana səhifəXəbərlər“Səmimi dialoq varsa, onda “rəngli inqilab”a lüzum qalmır”