Sement şirkəti işçilərin maaşını vermir (VİDEO)


“Qarabağ veteranıyam, keçmiş döyüşçü olmuşam. İşləyən vaxtı mənə bəzi güzəştlər olub, ancaq işdən çıxarılanda qulaq asan belə olmadı. Ailədə 4 nəfərik, 2 oğlum var və ailəyə məndən başqa qazanc gətirən yoxdur. Oğlumun biri tələbədir. Ödənişlidə təhsil alır. Məktəbin pulunu necə ödəyəcəm bilmirəm”.

Bu sözləri Eyyub Orucov deyir. O, 2008-ci ildən Qazax Sement Zavodunda sürücü işləyib. Ancaq indi onu işdən çıxarıblar, əvəzində də kompensasiya ödəməyiblər. Digər işçi Kərəm Pənahov isə deyir: “İşlədiblər, ancaq pulumuzu verməyiblər. Müraciət edən də deyirlər ki, əvvəlki müdirə deyin. Mən 8 il zavodda işləmişəm. “Akkord” MMC-yə köçürülən işçilərdənəm və sonra öz hesabıma məzuniyyətə çıxdım. Bizə konpensasiya ödəmədilər. Nə təzminatimızı verdilər, nə də artıq saatımızın pulunu. Gun ərzində 8 saat işləyirdik. Bizim savadsızlığımızdan istifadə edib sənədə imza atdırıblar. Vəziyyətlə əlaqədar öz haqqımızi tələb edirik”.

Kərəm Pənahov onu da deyir ki, krediti, evində xəstəsi var: “Evdə suyumu, qazımı kəsiblər, necə ödəməliyəm? Bizim Qazaxdakı “Akkord”dan şikayətimiz yoxdur. Cünki Akkord” MMC-dən Qazax Sement Zavoda keçən vaxtı hər birimizin pulumuzu qəpiyimizə qədər ödədilər. Kağız üzərində olan 2 ilin konpensasiyası və artıq saatlarımızdır. Gərək adam düz vurğulaya. 2014-cü ilin aprel ayından Qazax Sement Zavodda işləyirik və hal-hazırda bizim pulumuzu Sement Zavod vermir. Bizim şikayətimiz də zavoddandır”.

Digər şikayətçi Ramin Cəfərov deyir ki, 2011-in aprelindən zavodda işləyib: “İndi çıxarıblar bizi və bizim şalışdığımız artıq saatları, şənbə – bazar gununu ödəməyiblər. Mənim özümə 2 aylıq təzminat veriblər. Ancaq artıq saat – 139 gunun pulunu odəməyiblər”.

İşçilərlə söhbət zamanı bildirdilər ki, zavoddan haqlarını tələb edəndə də onları işdən çıxarılmaqla hədələyiblər.

Nemət Məmmədov deyir ki, 2012-ci ildən sürücü işləyir. O da kompensasiyasının verilməməsindən narazıdır: “2014-cü ilin aprelindən 2015-ci ilin dekabr ayına qədər hamı artıq saatla işləyib. Hamının 130- 120 saat əlavə vaxtı var, ancaq onların ödənişini verməyiblər”.

“Zavodda 70-ci maddənin b bəndi ilə ixtisarlar başlayıb. 7-8 il işləyən adamlarıq. Yerimizə götürülən işçilərlə bağlı narazılığımızı bildirəndə də, bizə deyirlər ki, “onların adamı var, sizlik deyil bura, siz gedin öz evinizdə dincəlin”” – deyir Ramin Cəfərov.

Sürücü Elçin Nəsibov 2007-ci ilin noyabrından zavodda çalışır: “Maşını əlimdən alıb başqa sürücüyə veriblər. Nə təzminat ala bilməmişəm, nə də artıq saatımın pulunu”.

Famil İsmayılovun da eyni problem var. Deyir ki, 5 ildir zavodda işləyir: “İşdən çıxarıb “Akkord” MMC-yə köçürdülər. Ancaq təzminat pulumu vermədilər. İşə də çağırmırlar. Cavan oğlanam. Evimə çörək pulu aparmaq istəyirəm. Artıq saatlarımı, bayram günü və təzminat pulumun hamısını versinlər”.

Qazax Sement Zavodundan Meydan TV-yə bildirdilər ki, işçilərlə görüşüb məsələyə aydınlıq gətirməyə çalışıblar. İşçilərin hər birinin şikayələrini qeyd edib, nəzərə alıblar. Zavod rəhbərliyinin sözlərinə görə, hər bir işçinin haqqını ödəyəcəklər.

Ana səhifəVideoSement şirkəti işçilərin maaşını vermir (VİDEO)