Səməd Seyidov: Nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq

Azər Qasımlı: “Səməd Seyidovun açıqlaması Rusiya rəhbərliyinə ünvanlanıb”

Source:


Azər Qasımlı: “Səməd Seyidovun açıqlaması Rusiya rəhbərliyinə ünvanlanıb”

“Azərbaycan Avropa İtifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov

deyib

.

O, bildirib ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir:

“Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqı ilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”.

Azər Qasımlı

ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı Meydan TV-yə deyib ki, Səməd Seyidov yeni hec bir yanaşma səsləndirməyib və hakimiyyətin balanslaşdırma siyasətinə sadiq qaldığını nümayiş etdirib.

ReAL təmsilçisi Azərbaycan prezidenti İlham Əliyevin, xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Birliyinə strateji tərəfdaşlığın, inteqrasiyanın yox, ikili münasibətlərin tərəfdarı olduğunu fikirlərini xatırladıb:

“Səməd Seyidov bunları başqa formada səsləndirib. Əslində, strateji tərəfdaşlıq inteqrasiyanı da ifadə edir. Həm də inteqrasiya o demək deyil ki, öz müqəddaratını hansısa birliyə həvalə edirsən. Çünki birlikdən çıxmaq imkanı varsa, heç bir problem ola bilməz.

Azər Qasımlının fikrincə, Səməd Seyidovun açıqlaması yerli və xarici ictimaiyyətdən çox Rusiya rəhbərliyinə ünvanlanıb:

“Hakimiyyət təmsilçiləri Kremlə mesaj ötürür ki, Azərbaycan Ermənistandan fərqli olaraq Avropa Birliyinə inteqrasiya xətti götürməyib, sazişi isə nə zamansa imzalaya bilərlər. Yəni biz Ermənistandan Rusiyaya daha yaxınıq. Yerevanın Brüssellə sazişindən sonra belə bəyanatın səsləndirilməsi sıradan bir olay deyil”.

Hikmət Hacızadə, foto: Cahangir Yusif

Siyasi icmalçı Hikmət Hacızadə Səməd Seyidovun “hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir” fikrini haqlı sayır:

“Ancaq burda yenilik yoxdur. Hər bir vətəndaş ailə quranda müəyyən şərtlər götürür ki, ailədə müəyyən vəzifələr ona bağlıdır. Dövlət də hər hansı birliklə saziş imzalayanda üzərinə məsuliyyət götürür ki, idarəetmədə şəffaflığa önəm verəcək, korrupsiyanı cilovlayacaq, insan haqlarına hörmət edəcək, siyasi məhbus olmayacaq və s. Bu mənada Səməd Seyidov haqlıdır. Sadəcə, Azərbaycan hakimiyyəti bu öhdəlikləri yerinə yetirmək istəmir. Necə ki, Avropa Şurasına üzv olandan sonra götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirməyib. Nəticədə Azərbaycanda 100-dən çox siyasi məhbus var, partiyalara qarşı təzyiqlər dayanmır, insan haqları pozulur, Bakı şəhərinin rəhbərliyi seçkili orqan deyil”.

Ana səhifəXəbərlərSəməd Seyidov: Nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq