Səməd Seyidov : ”Erməni lobbisinin işləridir”

İtaliyanın Il Fatto Quotidiano və La Provincia qəzetlərində yazılanlara görə, deputat Luka Volonte-yə Azərbaycanla bağlı 2 milyon 390 min avro həcmində rüşvət ittihamı ilə cinayət işi açılıb.

2013- cü il yanvarın 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etməyib.

Prokurorluğun ittihamnaməsində qeyd edilir ki, bu qərar o zamanlar Parlament Assambleyasının sədr müavini olan Luka Volonte-nin “xarici dövlətin siyasi maraqlarını qorumaq» məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib.

Səməd Seyidov bunu erməni lobbisinin etdiyini düşünür:

“Konkret mənim mövqeyimi öyrənmək istəyirsizsə, bu məsələləri diqqətlə oxuyun. Bunların hamısı erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin Azərbaycana qarşı törətdiyi işlərdir. Onu bir dəfə də təkrar edirəm. Gələcək haqqında dnaışmırıq, konkret bugünkü hadisə haqqında danışırıq. Bu, birinci. İkincisi, Avropa Şurasında Azərbaycan nümayəndə heyəti Azərbaycanın maraqlarını müdafiə edib, edir və bundan sonra da edəcək”.

Deputat Meydan TV-nin “Fakt təsdiqlənsə, nə cavab verəcəksiz” sualına belə cavab verib: “Onu İtaliyadan soruşun”

Ana səhifəVideoSəməd Seyidov : ”Erməni lobbisinin işləridir”