Səməd Seyidov danışdı

”Hazırda AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm”

Source:
Samed Seyidov
Samed Seyidov
Samed Seyidov
Samed Seyidov


”Hazırda AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm”

Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın qış sessiyasında iştirak etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

S.Seyidov bunun səhhətində yaranmış problemlə bağlı olduğunu vurqulayıb: “Mən AŞPA-nın qış sessiyasında səhhətimlə bağlı iştirak etməmişəm. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm”.

S. Seyidovun Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılması barədə haqqin.az məlumat yayıb. Məlumatda bildirilirdi ki, Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub.

Ana səhifəXəbərlərSəməd Seyidov danışdı