Seltik – Qarabağ – 1:0

İkinci hissədə “Seltik” künc zərbəsi yerinə yetirərkən Boyata baş zərbəsi ilə hesabı açıb

Source:


İkinci hissədə “Seltik” künc zərbəsi yerinə yetirərkən Boyata baş zərbəsi ilə hesabı açıb

İyulun 29-da Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə ilk matçına çıxıb. Modern.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb.

“Qarabağ” Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komandadır.

Qlazqo şəhərindəki “Seltik Park” stadionunda Bakı vaxtı ilə saat 23:45-də başlayan oyunu 60 min şotland azarkeşin izlədiyi güman olunur.

“Seltik”: Qordon, İsaqirre, van Deyk, Boyata, Lustiq, Biton, Skott Braun (k),Armstronq, Makkay Stiven, Yohansan, Nadir Çiftçi

Ehtiyat oyunçular: Baillu, Ambrose, Yanko, Kommons, Rogic, Forrest, Qriffiths

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov, Raydell Puponu, Coşqun Diniyev, Azər Salahlı

Birinci hissə 0:0 hesabı ilə başa çatıb. İlk hissədə oyunun baş hakimi “Seltik”in iki oyunçusuna sarı vərəqə göstərib.

İkinci hissədə “Seltik” künc zərbəsi yerinə yetirərkən Boyata baş zərbəsi ilə hesabı açıb.

Beləliklə, “Qarabağ” 0:1 hesabı ilə uduzdu.

Ana səhifəXəbərlərSeltik – Qarabağ – 1:0