Şəkiyə gəzməyə gedən məktəblilər zəhərlənib

Nazirlikdən: ”Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib”

Source:


Nazirlikdən: ”Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib”

Noyabrın 20-də Şəkiyə gəzməyə gedən məktəblilər zəhərənib. “Report” yazır ki, kollektiv “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində gəzintiyə çıxıblarmış.

Aksiyada iştirak edən müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər – Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Meydan TV-yə olayı təsdiqləyib.

S.Əhmədova bildirib ki, zəhərlənənlər Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib. Rayon xəstəxanasında onların mədələri yuyulub, nəzarətə saxlamaq şərtilə evə buraxılıb.

Ana səhifəXəbərlərŞəkiyə gəzməyə gedən məktəblilər zəhərlənib