Mənbə: Meydan.TV

"Şəkillərini kəsib, yox olmaq istəyir"

"Şəkillərini kəsib, yox olmaq istəyir"

28 yaşlı Vüqar ailə albomundakı fotolarını bir-bir kəsib götürür. O, özünü fotolarda görmək istəmir. Anası soruşanda deyir ki, həyatdan yorulmuşam, yox olmaq istəyirəm.

Vüqar Vəliyev 10 ildir ki, şizofreniya paronoid xəstəliyindən əziyyət çəkir. Ona bu diaqnoz 18 yaşında qoyulub. Bir neçə ay öncə isə beyninə qan sızaraq xəstəxanaya yerləşdirilib.

Əməliyyatdan sonra Vüqarın əqli problemləri artıb. Anası Arzu Allahverdiyeva deyir ki, oğlu özünü doğru ifadə edə bilmədiyindən dəfələrlə şiddətə məruz qalıb.

Ailə Nərimanov Rayon İcra Hakimiyyətində ev növbəsi üzrə ilk siyahılarda olsa da, hələ də kirayədə qalırlar.

Nərimanov Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirildi ki, şəxslərin mənzillərlə təyin olma müddəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sərəncamındadır.

Dövlətin Vüqara ikinci qrup əlil kimi təyin etdiyi 130 manat təqaüd isə ailənin problemlərini həll etmir. Arzu Allahverdiyeva oğlunu tək qoya bilmədiyindən işləyə də bilmir.

Vüqar Vəliyev sağlamlığının bərpa olunması üçün ikinci dəfə elə oktyabrda yenidən əməliyyat olunmalıdır.

Bir tərəfdən oğlunun xəstəliyi, digər tərəfdən maddi problemlərlə əlləşən Arzu Allahverdiyeva dövlət qurumlarından oğlunun müalicəsi və əməliyyatı üçün yardım gözləyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v54xsl

Ən çox baxılan