None

Mənbə: 

Şəkili tütünçülər

Vaxtilə respublikanın ən böyük tütünçülük rayonlarından olan Şəkinin Qaradağlı kəndində hələ də tütünçülər var. Sovet dövründə, eləcə də sonralar kənd təsərrüfatında ən gəlirli sahələrdən hesab edilən tütünçülük yerli kəndlilərin əsas dolanışıq yeri olub. İndi isə istehsal olan tütünün maya dəyərindən aşağı alınması vəziyyəti bir az da çətinləşdirib.

Tütünün əkilmə prosesi yığım prosesi kimi çətindir. Belə ki, mart- aprel ayından əkilən tütünün yığım müddəti iyul-avqust ,bəzən isə noyabr ayına kimi uzanır. Havanın günəşli və yağmursuz keçməsi işi bir az daha sürətləndirir. Birinci mərhələdə tütün toxumları əkilir, 2-3 aydan sonra ilk yığım başlayır. Bir ay fasilə verdikdən sonra ikinci yığım başlayır. Beləliklə, proses hava şəraitinə uyğun olaraq uzanır. Yığılan tütün preslənərək qurumağa göndərilir. Quruduqdan sonra isə hər kiloqramına uyğun olaraq 1-2 manata sahibkara satılır.

Fermerler hər gün saat 9-dan axşam 6-ya kimi tütün sahələrində işləyirlər

Fermerler hər gün saat 9-dan axşam 6-ya kimi tütün sahələrində işləyirlər

Fermerlər ilk yığımdan sonra tütünləri ayrıca bir ipə yığırlar ki, sonradan qurudanda çətinlik çəkməsinlər

Fermerlər ilk yığımdan sonra tütünləri ayrıca bir ipə yığırlar ki, sonradan qurudanda çətinlik çəkməsinlər

Havanın günəşli keçməsi tütünün də sürətli böyüməsinə kömək edir

Havanın günəşli keçməsi tütünün də sürətli böyüməsinə kömək edir

Fermerler dərilmiş tütün yarpaqlarını ipə yığırlar

Fermerler dərilmiş tütün yarpaqlarını ipə yığırlar

Fermerlər yığılmış tütünləri bir-bir ipə düzürlər

Fermerlər yığılmış tütünləri bir-bir ipə düzürlər

Gün ərzində bəzən 20-30 kq tütün yığmaq mümkün olur

Gün ərzində bəzən 20-30 kq tütün yığmaq mümkün olur

Tütünü yığmaq çətin olsa da, fermerlər artıq bu çətinliyə öyrəşiblər

Tütünü yığmaq çətin olsa da, fermerlər artıq bu çətinliyə öyrəşiblər

Qurumaq üçün yığılan tütünlər

Qurumaq üçün yığılan tütünlər

Tütün quruması üçün xususi bir yerə yığılıb

Tütün quruması üçün xususi bir yerə yığılıb

Şəkili tütünçülər

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rlolmt

Ən çox baxılan