Şəkidə müsavatçı 25 sutkalıq həbs edilib

Arif Hacılı həbsi ”Facebook” sosial şəbəkəsində tənqidi statuslarla əlaqələndirir

Source:
Tahir Əhmədli
Tahir Əhmədli


Arif Hacılı həbsi ”Facebook” sosial şəbəkəsində tənqidi statuslarla əlaqələndirir

Şəki Rayon Məhkəməsi oktyabrın 3-də Müsavat Partiyasının fəalı Tahir Əhmədlini 25 sutka azadlıqdan məhrum edib.

Məlumatı Meydan TV-yə partiyanın başqanı Arif Hacılı verib.

Arif Hacılı Tahir Əhmədlinin “Facebook” sosial şəbəkəsində hakimiyyətə qarşı  tənqidi statuslarına görə cəzalandırıldığını ehtimal edir. Amma onu ictimai yerdə səs-küy salmaqda ittiham ediblər.

Başqan müsavatçının saxlanılarkən polisin onunla xüsusi amansızlıqla rəftar etdiyini də deyib.

Ana səhifəXəbərlərŞəkidə müsavatçı 25 sutkalıq həbs edilib