Onların barəsində protokol tərtib olunub
Sentyabrın 17-də AXCP Gənclər Komitəsinin Şəki şöbəsinin üzvü Vüqar Rzayev və gözətçi.az saytının əməkdaşı, hazırda həbsdə olan Anar Məmmədlinin rəhbəri olduğu Seçkilərin Monitorinqi və Demorkatiyanın Tədrisi Mərkəzinin (SMDTM) yerli koordinatoru Razim Rzayev bir neçə saat əvvəl Şəki Şəhər polis Şöbəsinə aparılıb. Onların barəsində protokol tərtib edilib.
Məlumatı Facebook-da AXCP üzvü Rauf Əbdürrəhmanlı yayıb.
Maraqlıdır ki, hər iki şəxs evdən aparılarkən Şəki polis şöbəsinin rəis müavinin onları görmək istədiyi bildirilib.
Ə.Abdullayev saxlanılan şəxslərin bir ay əvvəl Rəsul Cəfərovun ad günü münasibətilə keçirilən flaş-mobun iştirakçıları olublar.
Avqustun 17-də AXCP Şəki rayon şöbəsi Rəsul Cəfərovun doğum günü münasibətilə flaş-mob keçiriblər.
Bundan sonra flaş-mobda iştirak edən Şəki şəhər Məhkəməsinin qərarı ilə AXCP Şəki şöbəsinin sədri Əli Abdullayevə və Ali Məclisin sədri Rauf Abdürrəhmanlıya 5 sutka həbs cəzası verilib, Məclis üzvü Mübariz Əbdülkərimova və Gənclər Komitəsinin sədri İslam Həsənova 500 manat cərimə kəsilib.