AXCP Şəki rayon şöbəsindən partiyanın Ali Məclisinin üzvü Əli Abdullayevə Şəki rayon məhkəməsinin qərarı ilə CM-in 310-cu maddəsi ilə 30 sutka həbs cəzası verilib.
Bu barədə AXCP funksioneri Gözəl Bayramova Facebookda məlumat paylaşıb. Bildirilir ki, Mübariz Abdulkərimovun həbs olunması xəbərini eşidib polis idarəsinə gedən Əli Abdullayev dünən axşam oradaca həbs olunub, yanvarın 16-da isə məhkəməyə aparılıb. Əvvəlcə məhkəmə təxirə salınıb, onu yenidən polis idarəsinə qaytarıblar, saat 2-də məhkəmə başlayıb, 2 saatlıq müşavirədən sonra isə 30 sutka həbs qərarı elan olunub.
Onların inzibatı məsuliyyətə cəlb olunacağı gözlənilir
Yanvarın 15-də günün ikinci yarısı Şəkidə AXCP fəalları Əli Abdullayev və Mübariz Əbdülkərimov saxlanılıblar. Həmçinin fəal Rauf Əbdürəhmanov da polisə çağırılıb.
“Turan İA”-ın bölgə müxbirinin məlumatına görə, fəallar iki gün öncə Şəkidə “Xədicə İsmayılovaya azadlıq!” sözləri yazılmış plakatları yapışdırdıqlarına görə saxlanılıblar.
Onların inzibatı məsuliyyətə cəlb olunacağı gözlənilir.