Şəkidə 3 müxalifət fəalı saxlanılıb

Onlarlın saxlanmasının səbəbi izah edilmir

Source:


Onlarlın saxlanmasının səbəbi izah edilmir

Şəkidə polis AXCP-nin 3 fəalını saxlayıb. Partiyanın yerli şöbəsinin fəalları Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov noyabrın 10-u axşam saatlarında oturduqları çay evindən rayon polis şöbəsinə aparılıb.

AXCP Ali Məclisinin üzvü Əli Abdullayev “Turan İA”-a bildirib ki, polis fəalların olduğu  avtomobilin yolun əks istiqamətdə getdiyini bildirib və hər üç fəalı rayon polis şöbəsinə aparıb.

Onun sözlərinə görə, izahat alındıqdan sonra fəallardan Aydın Əliməmmədov gecə saat 3 radələrində azad buraxılıb və yenidən polis şöbəsinə gəlməsi tələb olunub.

“Hazırda hər üç fəal polis şöbəsindədir. Onlarlın saxlanmasının səbəbi izah edilmir. Əgər bunların olduğu avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozubsa, cərimə edilsin. Amma onlar olduğu avtomobilin sürücüsünün qaydanı pozmadığını deyirlər”, deyə o qeyd edib.

O, Mübariz Əbdülkərimov və Samir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittihamı ilə protokol tərtib edildiyini və fəalların məhkəməyə aparılacağı deyildiyini bildirib.

Ana səhifəXəbərlərŞəkidə 3 müxalifət fəalı saxlanılıb