Şəki zəlzələsinin dağıntı kompensasiyası 3 ildir ödənmir

Evlərinin dayağı təkcə bu dirəklər olan ailə Şəki kənd sakinləridir. 3 ildir Qayabaşı kənd sakinləri zəlzələnin törətdiyi fəsalarla baş-başa yaşayır: “Zəlzələdə bina qabağa gəldi. Bu dirəkləri də özümüz müvəqqəti olaraq qoymuşuq”. 2015-ci ildəki 6 ballıq titrəyişdən sonra tikinti-bərpa işlərinə dövlətin 2 milyon manat ayırdığı kəndlərdən biridir Qayabaşı.

O vaxtı Şəkidə onlarla ev zədələnmiş, bir sıra tikililər isə tamamən sıradan çıxmışdı. Maliyyə ayrıldı, evlərin bir çoxu bərpa edildi, amma hamı üçün yox. Cəfərovlar dövlət yardımını indiyə kimi ala bilməyiblər. “İcra Hakimiyyəti deyir ki, bizim o qədər vəsaitimiz yoxdur ki, sizə kömək edilsin. Axı, vəsait ayırılıb. Televizor bütün gün bar-bar bağırır ki, hörmətli prezidentimiz bu qədər vəsit ayırıb evlər üçün.

Sabah bu evdə uçub gedəcək. Külək əsən zaman uşaq ağlayır: “Ana, külək əsir, gəl çıxaq evdən”. Çıxıb haradasa məskunlaşırıq ki, külək dayansın, sonra qayıdaq. Yağış yağır, bütün su eyvanın altında gedir”-Qayabaşı kənd sakini Xatirə Cəfərova deyir. Bu uçuq-sökük evə sığışan yalnız qadınlar və uşaqlardır.

Kənddə işizlik olduğundan kişilər Bakıya üz tutub: “Yoldaşım 3-cü qrup əlildir. Gedib, Bakıda kiminsə meyvəsini satır, çörək pulu qazanmaq üçün. Onu da ancaq uşağın yeməyinə, kommunala xərcləyirik”. Ailənin nəinki evi bərpa etməyə, heç dolanmağa vəsaiti yetmir. Odur ki, bu 3 ildə dövlət qurumlarından xəbər gözləyiblər.

Şəki Rayon İcra Hakimiyyətindən gələn sonuncu məktubda məsələnin həllinin mümkün olmadığı yazılıb. İcra nümayəndəsi dövlət tərəfindən ayrılan vəsaitə aid tədbirlər planın başa çatdığını qeyd edib. “Müraciət edənlər, hamısı qeydiyyata düşüblər. Yəqin bu vətəndaşlar gecikib, vaxtında müraciət etməyiblər”-Şəki rayon İcra Hakimiyyətinin şöbə müdiri Daşqın Mikayov deyir. “Zəlzələ vaxtı da getmişdik İcra Hakimiyyətinə. Elə deyirlər, gecikmisiniz. (Mətbəx şkaflarının üstündən tutduqları örtüyü göstərir) Bunu qoymuşuq ki, damdan torpaq töküləndə qab-qaşığımız batmasın. Mətbəxdir də bura. Heç bir köməkliyimiz yoxdur. Zəlzələdən köməklik olmadı bizə”, – Xatirə Cəfərova danışır.

Fövqəladə Hallar Nazirliyindən zənglərimizə cavab verən olmadı. Fəsadları aradan qaldırmayan yeganə təbii fəlakət Şəki zəlzələsi deyil. 2010-cu ildə Kür-Araz daşqınlarından sonra zərər görən vətəndaşlar hələ də kompensasiyalarını ala bilmirlər. 2012-ci ildə Qax-Zaqatala bölgəsində baş verən zəlzələdən zərərçəkənlər də kompensasiyaların tam ödənilmədiyini deyir.

Ana səhifəVideoŞəki zəlzələsinin dağıntı kompensasiyası 3 ildir ödənmir