Şəki su altında

İyulun 2-də axşam saatlarında Şəki rayonundakı Kiş çayında suyun səviyyəsinin qalxdığı, selə çevrildiyi bildirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi xəbər yayıb.

ANS PRESS-in məlumatına görə, çayın daşması nəticəsində Kiş kəndini şəhərlə birləşdirən körpü tamamilə dağıldığından kəndin Şəki şəhəri ilə əlaqəsi kəsilib. Çay özü ilə sel suları ilə bərabər lil təbəqəsi də gətirdiyindən ərazidə gediş-gəliş demək olar ki, məhdudlaşıb.

Hadisə baş verdikdən sonra rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri və digər aidiyyatı qurumlar da əraziyə gəlib.

Körpünün uçması nəticəsində şəhərlə əlaqə kəsildiyindən Kiş kəndinin yuxarı hissəsində, 50 nəfər adam qalıb. Onlardan 20 nəfər çayın yaxınlığında olan istirahət mərkəzlərinin birində qalan turistlər olub. İstirahət mərkəzində qalan insanları təxliyyə etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. İnsanlar ərazidən helikopterlə təxliyyə ediliblər.

Kiş kəndi ilə şəhər mərkəzini birləşdirən körpü yararsız hala düşüb, bu kəndlə əlaqə kəsilib.

300 metrə yaxın əsas daşıyıcı qaz xəttinin boruları sıradan çıxıb, kəndə elektrik enerjisinin verilməsi kəsilib, telefon xəttləri sıradan çıxıb.

Aidiyyatı qurumlarının iştirakı ilə ərazilərə baxış keçirdiyini deyən icra başçısı Elxan Usubov  bildirib ki, ilk olaraq kəndlə əlaqənin bərpa olunması üçün rayonun Qoxmuq kəndi ərazisindən alternativ yol salınacaq.

Nazirliyinin məlumatına görə, Kiş kəndində istirahət mərkəzlərində olan insanların oradan çıxarılmasına yardım göstərilib.

Sel nəticəsində elektrik təchizatına ziyan dəydiyi, yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi bildirilir. Hazırda Kiş kəndi ilə gediş-gəlişin bərpa olunmasından ötrü işlərin görüldüyü söylənir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Report”a bildirib ki, artıq, çayda suyun səviyyəsində azalma müşahidə olunur. Dağlardan təmiz su gəlir və lil qatını əvəzləyir.

“Hazırda Kiş kəndi ilə tez-tez əlaqə saxlayırıq. Əgər bir problem yaranarsa, biz hər an orda olan insanları təxliyə etməyə hazırıq”, – E. Usubov qeyd edib.

Kiş Azərbaycanın qədim kəndlərindəndir. 6 mindən çox əhalisi var. Eyni adlı çayın sahilində, dağətəyi ərazidə yerləşir.

Açıq havada qərargah yaradıldığını deyən icra başçısı Kiş kəndinə qaz və elektrik verilişinin təhlükəsizlik səbəbindən dayandırıldığını deyib.

Sel suları ərazidə yerləşən bir neçə istirahət mərkəzinə  ciddi   ziyan  vurub. Ərazi  hidrometrologiya idarəsindən bildiriblər ki, yağış nəticəsində Kiş çayının Damarçın qolu ərazisindən gələn  sel suları daşqına səbəb olub. Yüksəklikdə  yerləşən  dərələrdən  axan çayların meyllilik dərəcəsi yüksək olduğundan boyük sürət axını yaranıb. Bu zaman dərələrdə erroziya nəticəsində əmələ gələn yığıntılar isə lil təbəqəsi şəklində sel sularına qarışıb.

Hidrometrologiya idarəsindən onu da bildirdilər ki,  iyul 1-dən 4-dək yağıntılı hava barədə əvvəlcədən aidiyyatı qurumlara məlumat verilib.

Ana səhifəVideoŞəki su altında