Mayın 11-də, saat 16 radələrində Şəkinin Polis Şöbəsində ölüm faktı qeydə alınıb. Şöbənin müvəqqəti saxlama yerində saxlanılan rayon sakini 1987-ci il təvəllüdlü Qalib Telman oğlu Məmmədovun cəsədi aşkarlanıb.
ONA-nın şimal-qərb bürosunun
məlumatına
görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, şübhəli şəxs qismində saxlanılan Qalib Məmmədov özünü asaraq intihar edib. Amma şəxsin ailə üzvləri onun intihar etdiyini yox, öldürüldüyünü iddia edir. Yaxınlarının sözlərinə görə, Q.Məmmədovun bədənində işgəncə izləri aşkarlanıb.
Q.Məmmədovun anası “mənim oğlumu polislər döyüb öldürüblər. Başını yarıblar, bədəni didik-didikdir. Polisdən də “morqa” aparıblar. O, heç kimə heç nə eləməyib,”- deyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
(embedded content removed)