Səhiyyə Nazirliyi Bakıda baş vermiş ana ölümünə münasibət bildirib

Sevinc Məmmədova: “Qeysərriyə kəsiyinə ananın ekstragenital xəstəliyinə görə göstəriş verilib”

Source:


Sevinc Məmmədova: “Qeysərriyə kəsiyinə ananın ekstragenital xəstəliyinə görə göstəriş verilib”

“Dünən Bakıda baş vermiş ana ölümünün səbəbləri haqda indi danışmaq tezdir. Hazırda ölümün səbəbləri araşdırılır”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin əmrini rəhbər tutaraq ana ölümü olduğu halda 3 gün ərzində tibbi sənədlər Səhiyyə Nazirliyinə göndərilir və Doğuşayardım Komissiyasının mütəxəssisləri tərəfindən təhlil olunur: “Bundan sonra Doğuşayardım Komissiyasının iclası keçirilir və kollegial şəkildə müzakirə olunaraq rəy hazırlanır”.

Komissiyanın sədri qeyd edib ki, Beyləqan rayon Nil qəsəbəsi sakini, Binə qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı cərrahi doğuşdan sonra 3 saylı Klinik Şəhər Xəstəxanasında ölüb: “O, xəstəxanaya 34 həftəlik hamiləliklə daxil olub. Elnurə Xanəliyevanın diaqnozu 34 həftəlik hamiləlik, dölün bətn daxili xroniki hipoksiyasının kəskinləşməsi, kəskin respirator infeksiya, ağciyərlərin iki tərəfli pnevmoniyası, respirator distress sindromu olub. Qeysərriyə kəsiyinə ananın ekstragenital xəstəliyinə görə göstəriş edilib. Zahı 4-cü sutkasında vəfat edib. Meyit təşrih olunmayıb”.

Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.

Ana səhifəXəbərlərSəhiyyə Nazirliyi Bakıda baş vermiş ana ölümünə münasibət bildirib