Vaksin ilkin olaraq Bakı və 6 regionda istifadəyə veriləcək
Mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford Universitetinin istehsalı olan “Vaxzevria” vaksinindən (İstehsalçı şirkət "AstraZeneca"-red) də istifadə edə biləcəklər.
Səhiyyə Nazirliyinin məlumatına görə, “Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.
Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.
“COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.
“AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.
Mayın 2-də Rusiyadan Azərbaycana 40 min doza “Sputnik V” vaksini gətirilib.
Martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.