Milli Şura üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar şəhidlərin xatirəsinə iki əklil gətirsələr də polis onlardan birini müsadirə edib. Digər əklilin götürülməsinə Milli Şura üzvləri etiraz edib və onlarla polislər arasında insident yaşanıb. Gənclər əklilin birini Xiyabana keçirə biliblər. Hadisədə AXCP üzvü olan gənc burnundan xəsarət alıb.