Şəhid polkovnik-leytenantın atası insult keçirib

”Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü”

Source:

”Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü”

Polkovnik-leytenant, şəhid Raqub Orucovun atası İbrahim Orucov insult keçirib. Bu barədə “Qaynarinfo.Az”a şəhidin qardaşı Zabil Orucov məlumat verib.

Şəhidin qardaşının sözlərinə görə, R. Orucovun atası dəfələrlə oğlunun adının ona layiq formada əbədiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciət edib, ancaq onu qəbul edən olmayıb: “Artıq 20 günə yaxındır ki, insult keçirib, vəziyyəti ağırdır. Sumqayıt şəhərində 1 saylı yataqxanada yaşayırlar. Dəfələrlə özü Müdafiə Nazirliyinə gedib, orda isə yumşaq desək başdan edilib. Qapılarda gəzməkdən kişi ölümcül hala düşdü. İndi tək arzusu da elə budur”.

Polkovnik-leytenant Raqub Orucov  2016-cı il aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olub. O, aprelin 5-də Sumqayıtda  yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.

Sevinc Əlizadə həyat yoldaşı Raqub Orucov şəhid olandan sonra hələ də ailəyə təqaüd və sosial müavinətin təyin olunmadığını bildirmişdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev   avqustun 3-də şəhidin həyat yoldaşının quruma müraciətindən sonra lazımi sənədlərin hazırlandığını və şəhidin ailəsinə  ümumilikdə 1039 manat aylıq sosial ödəniş təyin edildiyini bildirib. O, aprel ayı da daxil olmaqla 4 ayın müavinətinin ailənin hesabına köçürüləcəyini bildirmişdi.

Ana səhifəXəbərlərŞəhid polkovnik-leytenantın atası insult keçirib