Şəhid Mahmud İbrahimov dəfn olundu (VİDEO)

Aprelin 1-5-də cəbhə bölgəsində yaşanan atışma nəticəsində şəhid olan əsgərlərdən biri də 1997-ci il təvəllüdlü İbrahimov Mahmud Azər oğludur.

Cəbrayıl rayonundan məcburi köçkün olan M. İbrahimov Tərtər istiqamətində gedən döyüş zamanı həlak olub.

O, son mənzilə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında yola salınıb.

M.İbrahimov  aprelin 9-da Azərbaycan himninin sədaları altında Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub.

Ana səhifəVideoŞəhid Mahmud İbrahimov dəfn olundu (VİDEO)