Şəhid atası: Zakir Həsənovdan gözləntim yoxdur

İbrahim Orucov
İbrahim Orucov
İbrahim Orucov
İbrahim Orucov


Raquf  Orucovun atası İbrahim Orucov Müdafiə Nazirliyini ittiham edib

“Qaynarinfo.az” aprel döyüşləri zamanı şəhid olan polkovnik-leytenant  Raquf  Orucovun atası İbrahim Orucov və qardaşı Amil Orucovdan müsahibə alıb. İ.Orucov iyirmi gündən çoxdur insult keçirib.

Şəhidin qardaşları  Zabil və Amil Orucov atasının oğlunun adının layiqli formada əbədiləşdirilməsi üçün aidiyyəti orqanlara  dəfələrlə müraciət etdiyini, lakin qəbula düşə bilmədiyini deyib.



Dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmisiz, teleqram vurmusuz, ancaq müraciətinizə laqeyd yanaşıblar. İndiyədək sizə heç bir cavab verən olmayıb?


Amil Orucov:

– Bir dəfə Kərəm Vəliyevin yanında olmuşuq. Dedim ki, məni nazir Zakir Həsənovla görüşdür. Bir aya yaxındır ki, səs-soraq yoxdur. Yəni tam laqeydlikdir.  İndiyə qədər heç bir dövlət nümayəndəsi yataqxanaya gəlib atamı yoxlamayıb.


– Nazirliyə nə üçün müraciət etmişdiniz?

– Qardaşımın 25 illik xidməti müqabilində ona və ailəsinə olan laqeydsizliyə görə. Dörd aydır ailəsini qapılarda süründürürdülər. Şəhid ailələri üçün nəzərdə tutulan təqaüdün, övladlarına aylıq sosial müavinətin verilməsini bu qədər niyə yubadırdılar? Mətbuatda bu xəbər yayılan kimi üç gün ərzində məsələni həll etdilər. Bizim kimi nə qədər şəhid ailəsi var. Elə ailələr var ki, bu pula möhtacdırlar. Bizdə medal almış idmançılara yüksək məbləğdə pul, maşın, ev verirlər. Ancaq şəhid ailəsinə 11 min manat. Bu laqeydsizlik deyil? Qardaşım briqada komandiri olub, 25 il xidmət göstərib, canını verib, ancaq ona qoyulan hörmət bax, budur. Bizə pul, mal lazım deyil. Heç olmasa, xəstə atasına belə hörmətsizlik etməsinlər. Rəsmi şəkildə qardaşımın 3 və 40 mərasimlərinə gəlməli idilər. Amma heç kəs gəlmədi. Mehriban xanım şəhid analarını yığıb dedi ki, mən sizin qarşınızda baş əyirəm. Amma mənim atam Zakir Həsənovdan bu münasibəti görmədi.

Amil Orucov
Amil Orucov


– Belə soyuq münasibət təkcə sizin ailəyə qarşı göstərilir, yoxsa


,


bütün şəhid ailələrinə?

– Siz nə vaxtsa görmüsünüz ki, Zakir Həsənov şəhid ailələrinə baş çəksin, ya onların dərdinə şərik çıxsın? Bir-iki Milli Qəhrəmanın ailəsini qəbul edib, bir də şəhid pilotların dəfnində iştirak edib. Biz təkidlə bildirdik ki, sizə sözümüz var. Ancaq orda da Kərəm Vəliyevi qabağa verdilər. Türkiyədə nazir, baş nazir gəlib şəhidin yaxınlarına baş çəkirlər. Bizdə isə…


İbrahim Orucov:

– Tək güvəndiyim adam varsa, o da prezident İlham Əliyevdir. Mənim Müdafiə Nazirliyindən gözləntim yoxdur. Oğlumun ölümündən sonra bir dəfə də olsun məni yoxlamadılar. Oğlum şəhid olan gündən zəlil qalmışam. İmkanım yoxdur, yeriyə bilmirəm, özüm də əliləm.





S


onuncu dəfə Bakıya gələndə



Raquf


un


əhval-ruhiyyəsi necə idi?

– Sonuncu dəfə mart ayında gəldi. Uşaqlarına baş çəkdi. Amma hərbi hissəyə tez qayıtdı. Heç görə bilmədim onu. Yanına gedəndə də bizi buraxmırdı. Deyirdi ki, əsgərlərdən utanıram, özüm gəlib görərəm sizi. Şəhid olandan sonra bildim ki, mən necə oğul böyütmüşəm. Bütün əsgər yoldaşlarının hamısı onun başına and içir.

Ana səhifəVideoŞəhid atası: Zakir Həsənovdan gözləntim yoxdur