”Prezidentə şikayət etmişəm”
2-5 aprel hərbi əməliyyatlarında şəhid olan Fərahim Novruzovun atası Nadir Novruzov övladının məzarının üstünü özü götürüb. Valideyn bununla bağlı yaşadığı Biləsuvar rayon İcra Hakimiyyətinə və Müdafiə Nazirliyinə müraciət etsə də, nəticəsi olmayıb.
Məlumatı Meydan TV-yə şəhidin atası Nadir Novruzov verib.
Şəhid atası qarşılaşdığı problemlə əlaqədar prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri, deputat Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova da şikayət məktubu göndərdiyini bildirib: “Şikayətimin qəbul olunduğu haqda qəbzləri almışam. Mənə icra hakimiyyətindən dedilər ki, Müdafiə Nazirliyi oğlunun 40 mərasiminə qədər qəbirüstünü götürdəcək. Sonradan televiziyalardan öyrəndim ki, yerli icra hakimiyyəti bu məsələləri həll etməlidir. 40-dan sonra məcbur olub qəbirüstü abidəni özüm götürdüm, təxminən 4 min 500 manat xərcim çıxdı”.