Mənbə: Meydan TV

Şəhid anası: "Arzularımın hamısı daşa çırpıldı..."

Şəhid anası: "Arzularımın hamısı daşa çırpıldı..."

Bəhruz Əliyev doğum günündən 1 ay əvvəl - 28 sentyabda Suqovuşan döyüşlərində həlak olub. Bəhruz yaşasaydı, 23 yaşını qeyd edəcəkdi. Bəhruz uğrunda döyüşdüyü Suqovuşanın azad edilməsini görə bilməyib. Əvvəlki adı Madagiz olan kənd 3 oktyabrda azad ediləndən sonra belə adlanmağa başlayıb.

Leyli Əliyeva deyir ki, oğlunun arzusu hərbçi olmaq idi.

Bəhruz Əliyevin uşaqlığı Maştağa qəsəbəsində, bu evdə keçib. Ölümündən sonra bir qrup gənc ailəni ziyarət edib. Əliyevlər ailəsinin yaşadığı şəraiti görən ictimai fəallar onlar üçün yeni evin tikintisinə başlayıb.

İşləri davam etdirmək üçün təşəbbüs qrupunun köməyə ehtiyacı var.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/as7asb

Ən çox baxılan