Şəhid ailələri yenə aksiya keçirdi

Bu dəfə deputatlar şikayətçilərə problemin həlli ilə bağlı vəd verdilər

Source:


Bu dəfə deputatlar şikayətçilərə problemin həlli ilə bağlı vəd verdilər

Fevralın 13-də bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında aksiya keçirib. 1994-cü ildən bugünədək onlara verilməli olan sığorta haqqını ala biımədiklərini deyən şikayətçiləri millət vəkilləri Hadı Rəcəbli və Musa Quliyev dinləyib. Oqtay Əsədov tərəfindən göndərildiklərini deyən deputatlar problemi müzakirə etmək üçün içəri beş nəfər dəvət ediblər. Bundan sonra “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin 5 üzvü görüşə gedib.

Görüşdən sonra açıqlama verən birlik sədri Almaz Zeynalova ümidli olduqlarını bəyan edib. Onun sözlərinə görə, fevralın 17-də şikayətçiləri yenidən qəbul edib, aidiyyatı qurumlardan – Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən ibarət işçi qurumu yaradacaq və problemin həllinə çalışacaqlar.

A.Zeynalova Meydan TV-yə deyib ki, sığorta haqqını ala bilməyənlər arasında hətta özü də şəhid olan şəhid övladı var: “Şəhidin övladı belə şəhid olub, amma pulları verilmir. Bu gün 34 yaşlı oğlunu imkansızlıqdan evləndirə bilməyın ana bu pula göz dikib. Evini girov qoyub pul götürən, borcuni verə bilməyən, evindən çıxarılmaq üzrə olan adamlardı bu pulu gözləyənlər. Ağdamdan 3 maşın şəhid ailəsi aksiyaya gəlmək istəyib, imkan verməyiblər, buraxmayıblar”.

Ana səhifəXəbərlərŞəhid ailələri yenə aksiya keçirdi