Şəhərin mərkəzinə gedən yollar bağlanır

”Yarışa bir neçə gün qaldığından son tamamlama işləri görülür”

Source:


”Yarışa bir neçə gün qaldığından son tamamlama işləri görülür”

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.

BŞBPİ-nin bölmə rəisi Vaqif Əsədov AZƏRTAC-a yarışa bir neçə gün qaldığından son tamamlama işlərinin aparıldığını deyib:

““Azneft” meydanından Neftçilər prospekti ilə Azadlıq meydanı hissəsində qoyulmuş maneələrin rənglənməsi və digər əsaslı işlərin aparılması bu yol üzrə avtomobillərin hərəkət intensivliyinə təsir etdiyindən sıxlıq yaranır. Cənub tərəfdən paytaxtın mərkəzinə doğru hərəkət edən sürücülərə tövsiyə edirik ki, bu ərazidə süni sıxlığın yaşanmamasından ötrü alternativ yollardan istifadə etsinlər.  Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu istiqamətinə, yaxud 20-ci sahə dairəsindən Dağüstü Park yolu ilə Badamdar qəsəbəsi istiqamətinə və Bayıl qəsəbəsindən Parlament prospekti istiqamətinə hərəkət etsinlər”.

V.Əsədov deyib ki, Bayraq Meydanı, “Dalğa Plaza”, eləcə də 20-ci sahədən və Bakı Su İdman Sarayının yanından istiqamətlər dəyişdirilib:

2017-ci il iyunun 23-dən 25-nə kimi Bakıda Formula-1 Azərbaycan Qran-Prisi yarışları keçiriləcək. Bu yarışların daha 3 il Bakıda keçirilməsi gözlənir. Əks halda, əvvəlcədən razılaşmaya görə, Azərbaycanı 50 milyon dollar cərimə gözləyir

Mayın 12-dən 22-nə kimi isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdi. 2017-ci ilin dövlət büdcəsindən ümumilikdə beynəlxalq idman yarışlarının təşkilinə 317 milyon manat ayrıldığı bildirilir.

Ana səhifəXəbərlərŞəhərin mərkəzinə gedən yollar bağlanır