Şəhərdəki dayanacaqlar satışa çıxarılacaq

Bakıda yeraltı dayanacaqların özəlləşdirilməyə çıxarılacağı bildirilir

Source:
Prezident yeraltı dayanacağın açılışında, foto: president.az
Prezident yeraltı dayanacağın açılışında, foto: president.az


Bakıda yeraltı dayanacaqların özəlləşdirilməyə çıxarılacağı bildirilir

“Marja” yazır ki, bu barədə Nazirlər Kabinetinin qərarı var.

Söhbət Azadlıq meydanındakı və Füzuli küçəsindəki (“Qış bağı”nın altında yerləşən) yeraltı avtomobil dayanacaqlarından gedir. Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların idarəetməyə verilməsi nəzərdə tutulur.

İndi isə dayanacaqlar Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir.

Gəncə Avtomobil Zavodu və bir sıra iri dövlət xəstəxanalarının da özəlləşdirməyə çıxarılacağı bildirilirdi.

Azərbaycanda bu ildən növbəti özəlləşdirmə mərhələsinə start verilib. Azərbaycanda özəlləşdirmənin ilk mərhələsi 1995-ci ildə başlamışdı.

Ana səhifəXəbərlərŞəhərdəki dayanacaqlar satışa çıxarılacaq