Şəhər rəhbərlyi Şahbaz Xuduoğlunun narazılığına reaksiya verib

Mətbuat xidməti mənə zəng etdi və bildirdi ki, Eldar Əzizovun adından sui-istifadə edirlər

Foto: Azərtac


Naşir ona icra hakimiyyətindən zəng edildiyini deyir

“Qanun” nəşriyyatına paytaxtda kitab yarmarkası təşkil etməyə icazə verilə bilər.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun iyunun 7-də sosial şəbəkədə etdiyi narazılığa reaksiya verilib.

Bu barədə Şahbaz Xuduoğlu “Facebook” hesabında məlumat yayıb.

Nəşriyyat direktoru bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kitab yarmarkasına icazə verməməsi barədə paylaşımından sonra mətbuat xidmətindən ona zəng edilib:

“Mətbuat xidməti mənə zəng etdi və bildirdi ki, Eldar Əzizovun adından sui-istifadə edirlər: “Eldar müəllimin kitaba böyük hörməti var və yarmarkaların keçirilməsinə heç bir qadağa ola bilməz”. Operativ reaksiyaya görə icra hakimiyyətinə, şəxsən Eldar müəllimə təşəkkürümü bildirirəm”.

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu


Şahbaz Xuduoğlu

iyunun 7-də yazmışdı ki, bir neçə aydır ucuz qiymətə kitab satışından ötrü yarmarkaların keçirilməsi üçün şəhər administrasiyasından icazə ala bilmir:

"Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət Departamenti öncə bizim yazılı müraciətimizə cavab olaraq bildirdi ki, Formula-1 yarışları ilə əlaqədar yarmarkaların keçirilməsi məqsədəuyğun deyil. Sonra Avropa Liqası bəhanəsilə imtina etdilər. İndi də heç cavab vermirlər. Ticarət Departamentindən nəşriyyatın əməkdaşlarına şifahi şəkildə bildiriblər ki, yarmarkaya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icazə vermir”.

Ana səhifəXəbərlərŞəhər rəhbərlyi Şahbaz Xuduoğlunun narazılığına reaksiya verib