Əməliyyat nəticəsində 5 nəfər həbs edilib
Argentina hakimiyyət orqanları Rusiyanın bu ölkədəki səfirliyindən 389 kiloqram kokain tapıb.
Bu barədə Argentinanın təhlükəsizlik naziri Patrisiya Bulriç yerli mediaya danışıb:
“Əməliyyat zamanı polislər və rusiyalı diplomat həbs edilib”.
“Novoyaqazeta”
Argentina mediasına istinadən bildirir ki, araşdırmalar 2016-cı ilin iyulunda səfirliyin yaxınlığındakı məktəbdə 12 çemodan kokain tapılandan sonra başlayıb:
“Hətta bu barədə Rusiya səfiri Argentina xüsusi xidmət orqanlarını məlumatlandırıb. Bundan sonra əməliyyat hazırlanıb, kokaini unla əvəz edib, içinə GPS yerləşdirib, ötən ilin dekabrında Rusiyaya göndəriblər”.
Xəbərə görə əməliyyat nəticəsində iki argentinalı, 3 rusiyalı olmaqla 5 nəfər saxlanılıb. Onların arasında Buenos-Ayresin polis inspektoru İvan Bliznyuk da var. Şübhəli bilinən bir nəfərin isə Almaniyada gizləndiyi deyilir.
Rusiya Xarici İşlər Nazirliyi əməliyyatın nəticələri haqda şərh verməyib.