4 mayda Azərbaycanın Gürcüstandakı səfirliyi önündə etiraz aksiyası keçirilib. Aksiyaya Beynəlxalq Hüquq Müdafiə təşkilatlarının nümayəndələri, ictimai fəallar və jurnalistlər qatılıb. Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq” şüarlarını səsləndiriblər. Aksiyada Çexiyanın “İnsan Haqları Ligası” təşkilatı, Praqanın və Belarusiyanın vətəndaş cəmiyyəti fəalları iştirak edib. Onlar həbs edilən jurnalistlərin, hüquq müdafiəçilərinin, bloggerlərin, dindarların və fəalların azadlığını tələb edirlər.
Mühafizəçilər səfirlik binasının çəkilməsinə mane olub. Aksiya yarım saata qədər davam edib. Etirazda iştirak edən Çexiyanın “İnsan Haqları Ligası” təşkilatının nümayəndəsi Martin Dutkaiviç Azərbaycandakı insan haqlarının durumunun çox pis olduğunu və fəallara qarşı repressiyanın bu qədər güclənməsini demokratiyaya ağır zərbə kimi qiymətləndirib. O deyib ki, Azərbaycan hakimiyyəti ciddi addımlar atmalı və siyasi məhbusların azadlığını təmin etməlidir.