Səfirlik İtaliyadakı azərbaycanlılara müraciət edib

İtaliyadan Azərbaycana gələn 26 nəfər karantinə alınıb

Source: google


İtaliyadan Azərbaycana gələn 26 nəfər karantinə alınıb

Azərbaycanın İtaliyadakı səfirliyi orada yaşayan azərbaycanlılara müraciət edib. Müraciətdə deyilir ki, İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar olaraq Azərbaycana qayıtmaq istəyən vətəndaşlardan təcili olaraq səfirliyin elektron poçt ünvanlarına (rome@mission.mfa.gov.az; consul_rome@mission.mfa.gov.az) müraciət etmələri xahiş edilir.

Müraciət edənlərdən 3 lazımi məlumatı səfirliyin elektron poçt ünvanına göndərmələri istənilir:

  1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;
  3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

Müraciətin sonunda deyilir ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaqlar. Onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq.

Martın 10-u gecə İtaliyadan Azərbaycana “Ukrayna Beynəlxalq Hava Yolları“nın Kiyev-Bakı reysi ilə tranzit 26 nəfər sərnişin

gətirilib

. Hava Limanının Mətbuat Xidmətindən bildirilib ki, onlardan 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbi vətəndaşdır.

Koronovirusun mümkün yayılmasının qarşısının alınması üçün həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb.

Hava Limanından yayılan video görüntülərdə olan çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunub.

Martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) yeni tipli koronavirus COVID19-un epidemiyasını pandemiya elan edib. Pandemiya yoluxucu xəstəliyin böyük çoğrafi əraziləri əhatə etdiyi zaman elan olunur.

Azərbaycanda ilk koronavirus infeksiyası fevralın 28-də İrandan qayıdan bir nəfərdə aşkarlanıb. Bir gün sonra daha iki nəfər koronavirus infeksiyası ilə qeydə alınaraq nəzarətə götürülüb.

Elə həmin gün Azərbaycan İran İslam Respublikası ilə hava və quru sərhədlərini müvəqqəti qapadıb.

Martın 2-də orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Martın 10-da Novruz bayramı şənliklərinin ləğv edildiyi elan olunub.

Ana səhifəXəbərlərSəfirlik İtaliyadakı azərbaycanlılara müraciət edib