Bədbəxt hadisə barədə məlumat verilmir
Bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda kriminal məlumatlarda əksini tapmayan bədbəxt hadisə baş verib. Məlumatlı mənbədən “Turan İA”-a daxil olan xəbərə görə, bir gənc sərxoş vəziyyətdə kirayə qaldığı yaşayış binasının üst mərtəbəsindən yıxılıb. Buna onun Rusiya səfirliyində birgə çalışdığı iş yoldaşı ilə davası səbəb olub. İlkin versiyaya görə, gənclər içki içiblər, daha sonra dalaşıblar. Onların adları açıqlanmır.
Məlumatı Rusiya səfirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Mətbuat xidmətinə zəng etmək cəhdləri nəticəsiz qalıb. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu məlumatla bağlı şərh vermir.