Səfirin pulu mənimsənilib

Küveyt səfirinin pulu internet vasitəsilə oğurlanıb

Source:


Küveyt səfirinin pulu internet vasitəsilə oğurlanıb

Kuveytin Azərbaycandakı səfirinin bank hesabından pulu mənimsənilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının bank fəaliyyətinin təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi RPİ-yə müraciət edərək, cari il iyunun 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silindiyini bildirib

Ana səhifəXəbərlərSəfirin pulu mənimsənilib