Səfir: Vaşinqtondan Əfqan Muxtarlıyla bağlı bəyanat veriləcək

”Layihə yeni iş yerlərinin açılmasına xidmət edəcək”

Source:


”Layihə yeni iş yerlərinin açılmasına xidmət edəcək”

Mayın 31-də Neft və Qaz Sərgisi çərçivəsində ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robin Danniqan, səfir Robert Sekuta və Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts “Hyatt Park” hotelində ziyafət veriblər.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts bildirib ki, ölkəsi Azərbaycana qoyulan xarici investisiyalar üzrə lider ölkə olaraq qalır və bu sahəni genişləndirmək üçün böyük potensial var.

Səfir deyib ki, 400-dən artıq Britaniya şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir:

“Biz Azərbaycanda daha çox britaniyalı şirkətin fəaliyyəti üçün yaxından işləyirik. Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır. Bütün sahələrdə daha sıx əlaqələr yaradırıq. Üç həftə sonra Azərbaycan ikinci dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək. On “Formula 1″ komandasından səkkizi Britaniyada yerləşir. Bu sahə neft və qaz kimi Britaniyada məşhurdur”.

Ziyafətdən sonra diplomatlar və ABŞ rəsmisi Robin Danniqan jurnalistlərin suyallarını cavablandırıb.

Səfir Robert Sekuta Meydan TV-nin “Mayın 29-da azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan paytaxtı Tiflisdə oğurlanıb, işgəncəyə mərzu qalıb və Bakıya gətirilib. Artıq bu cür hallar neçənci dəfədir baş verir. Amerika dövləti bu olaya necə reaksiya verəcək və nə vaxta qədər susacaq” sualına “Biz bu məsələni yaxından izləyirik və  Vaşinqtondan bununla bağlı bəyanat veriləcək” deyə cavab verib.

Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robin Danniqan inandığını bildirib ki, hökumətlər və şirkətlər birlikdə çalışaraq Cənubi Qaz Dəhlizini (CQD) reallığa çevirəcəklər:

“Hesab edirik ki, CQD Azərbaycanda iqtisadi rifahı yüksəltməklə yanaşı Avropada enerji resurslarının şaxələndirilməsi və iqtisadiyyatın inkişafına təkan verəcək”.

Onun sözlərinə görə, hazırda ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparır. Vaşinqton müvafiq ölkələrdəki səfirləri, həmçinin, Azərbaycandakı səfiri, eyni zamanda federal hökumət səviyyəsində problemlərin dialoq yolu ilə həlli istiqamətində danışıqlar aparır:

“Hesab edirik ki, bu layihə həm Avropa, həm də qlobal bazarda şaxələnməyə, yeni iş yerlərinin açılmasına xidmət edəcək”.

Ana səhifəXəbərlərSəfir: Vaşinqtondan Əfqan Muxtarlıyla bağlı bəyanat veriləcək