Qüdrət Həsənquliyev Milli Məclisdə Azərbaycanın İtaliyadakı səfirindən narazılıq etdi
APA
-nın xəbərinə görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev səfirin fəaliyyətini tənqid edib: “Bizim bu yaxında İtaliyada tədbirimiz var idi, səfir Vaqif Sadıqov da gəldi. Cəmi bir neçə dəqiqə oturdu, Senatın sədrinin müavini çıxış edəndən sonra onunla getdi. Biz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
nin sədri
Mübariz Qurbanlı
ilə birgə görüş keçirdik. Səfir bizi müşayiət etmədi, heç olmasa səfirliyə çay süfrəsinə də dəvət etmədi. Amma biz görürük ki, Avropadan bura qonaqlar gələndə müvafiq ölkələrin səfirləri onları qarşılayıb yola salırlar. Məncə, bu məsələ XİN-in diqqətini cəlb etməlidir”.
Oqtay Əsədov
isə İtaliyadakı səfir Vaqif Sadıqovun kifayət qədər təcrübəli diplomat olduğunu qeyd edib. O bildirib ki, bu məsələni araşdıracaq.
Milli Məclis
in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov
isə deyib ki, Q, Həsənquliyevin qaldırdığı məsələ texniki xarakter daşıyır: “Azərbaycanın İtaliyadakı səfiri Vatikanda akkreditasiyadan keçməyib. Vatikanın şərtlərinə görə, İtaliyadakı fövqəladə və səlahiyyətli səfir Vatikanda eyni statusa malik ola bilməz. Hər bir ölkə ya Vatikana ayrıca səfir təyin etməlidir, ya da o səlahiyyəti başqa ölkədən olan səfirinə verməlidir. Azərbaycanın Vatikandakı fövqəladə və səlahiyyətli səfiri isə Fransadakı səfirimiz Elçin Əmirbəyovdur”.