Səfir: Biz nə olur-olsun Azərbaycanın yanındayıq

”Bizim nöqteyi-nəzərimizdən, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalması davam etdiyi müddətdə bölgədə tam normallaşma imkanı yoxdur”

Source:
İsmayıl Alper Coşqun
İsmayıl Alper Coşqun


”Bizim nöqteyi-nəzərimizdən, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalması davam etdiyi müddətdə bölgədə tam normallaşma imkanı yoxdur”

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Report”un xəbərinə görə, səfir İsmayıl Alper Coşqun bildirib ki, Azərbaycanın bu mövzuda həssaslıq göstərməsi anlaşılandır: “Digər tərəfdən, çox diqqət etməli olduğumuz bir məsələni də nəzərinizə çatdırım. Bunu ortaya atanların Türkiyə-Azərbaycan münasibətlərinə, Azərbaycan ictimaiyyətinin Türkiyəyə olan etibarına zərbə vurmaq istəyən çevrələrdən olduğu aşkardır”.

Səfirin sözlərinə görə, bu kimi mövzularla qarşılaşarkən dərhal reaksiya vermək lazım deyil: “Türkiyə dövlətinin olduqca sabit bir formada verdiyi mesajlara diqqətə etmək lazımdır. Bizim verdiyimiz mesaj isə kifayət qədər açıqdır. Bizim nöqteyi-nəzərimizdən, Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalması davam etdiyi müddətdə bölgədə tam normallaşma imkanı yoxdur. Normallaşmanın bir ünsürünün də sərhədlərin açılması olduğunu nəzərə alsaq, bu məsələyə kompleks yanaşmaq lazımdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bu məsələdə Azərbaycanın verdiyi qərar nədirsə, biz onun yanındayıq. Bu torpaqların sülh yolu ilə Azərbaycana geri qaytarılması üçün Türkiyənin üzərinə düşən nədirsə, yenə onu da etməyə hazırıq. Biz Azərbaycanla birlikdə doğrunun yanındayıq. Məsələ sadəcə qardaşlıq münasibəti deyil. Dünyaya da bunu anlatmağa çalışırıq ki, biz nə olur-olsun Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ məsələsi hər iki ölkənin daha güclü formada ortaya çıxacağı bir məsələdir. Bu məsələdə beynəlxalq hüquq da bizim yanımızdadır. Biz bu məsələdə Azərbaycanla birlikdə əvvəlcə təhlükəsizlik məsələsinin həll olunmasının təmin olunmasına çalışacağıq. Bu mümkün olduğu təqdirdə, bölgədə sözün əsl mənasında normallaşma mövzusundan danışmaq olar”.

Ana səhifəXəbərlərSəfir: Biz nə olur-olsun Azərbaycanın yanındayıq