Səfir: Birləşmir Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı artacaq

”Azərbaycanı burada tanınan ölkədir”

Source:
Daşqın Şikarov foto APA
Daşqın Şikarov foto APA


”Azərbaycanı burada tanınan ölkədir”

“Birləşmiş Ərəb Əmirliklərindən olan turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir”.

Bunu Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov APA-ya

müsahibəsində

 deyib.

D.Şikarov bildirib ki, Azərbaycan BƏƏ-də tanınan ölkədir:

“Bu, sevindirici haldır. 2018-ci ildə BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayının 150 min nəfərdən çox olmasını proqnozlaşdırmaq olar”.

2017-ci ildə BƏƏ-dən Azərbaycana 102 min 600 nəfər turist səfər edib. Bu, 2015-ci ildə 7, 2016-cı ildə 48 min nəfər olub.

Səfir deyir ki, statistik məlumatlar onun dediklərini təsdiqləyir:

“Ölkələrimiz arasında birbaşa uçuşların sayca artması, uçuşlara yeni aviadaşıyıcıların cəlb edilməsi, Azərbaycanda hökm sürən əmin-amanlıq, inkişaf, stabillik, qonaqpərvərlik turizmin inkişafına müsbət təsir edir. Bundan əlavə, böyük potensiala malik Azərbaycan-BƏƏ iqtisadi və ticarət əməkdaşlığı yüksək templərlə inkişaf edir. Dubay Ticarət Palatası 2017-ci ilin ilkin göstəricilərinə görə iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları təşkil etdiyini açıqlayıb. Bu, 2016-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur”.

2016-cı il fevralın 1-dən etibarən Körfəz ölkələri vətəndaşlarına tətbiq olunan viza rejimi qaydaları sadələşdirilib.

Bundan əlavə, prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir ki, Körfəz regionu ölkələrinin vətəndaşları üçün hava limanında viza rəsmiləşdirməsi təcrübəsinin həyata keçirilməsindən sonra Azərbaycana gələn turistlərin sayı artıb.

Mədəniyyət naziri Əbülfəz Qarayev bildirir ki, Azərbaycanda turizm prioritet sahələrdən biridir:

“Turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görülüb. Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyası hazırlanır”.

Ana səhifəXəbərlərSəfir: Birləşmir Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı artacaq