Şəfəq Ağacan aclıq aksiyasına başladığını deyir

“Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm”

Source: Meydan TV


“Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm”

"Bakupress.az" saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyası keçirir. Onun "Facebook" hesabından bu barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, o, aclıq etməklə istintaqın gedişinə narazılığını bildirir:

"Mənə qarşı Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaqda açıq şəkildə qərəzli davranışların şahidi olduğum, həmçinin aid olmadığım yerdə olduğum üçün psixologiyam təmiz pozulub. Bu neçə gün şokda olduğum üçün çox düşünə bilmirdim. Burada səhhətim dəfələrlə ağır şəkildə pozulub. İstintaqdan qaçmadığımı, tam əksinə maraqlı olduğumu və sifarişçini öyrənmək istədiyimi bildirərək, səhhətimə görə həbs-qətimkan tədbirimin ev dustaqlığı ilə əvəz edilməsini tələb etsəm də, dəyişən heç nə olmadı. Gündən-günə ölümə yuvarlandığımı hiss edə bilirəm. Buna görə də 21 maydan aclıq aksiyasına başladığımı bildirirəm. Əgər öləcəmsə, bunun haqsızlığa üzülərək yox, haqqımı tələb edərək olmasını istəyirəm", – Şəfəq Ağacanın "Facebook" hesabında yazılıb.

Penitensiar Xidmət Ş.Ağacanın aclığa başladığını təsdiqləsə də, Bakı İstintaq Təcridxanasının rəhbərliyinin onunla apardığı profilaktik söhbətlərdən sonra aksiyanı dayandırdığını, rəhbərliyə də bu haqda ərizə təqdim etdiyini bildirib.

Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, marixuana satışında ittiham olunur.

43 yaşlı Ş.Ağacan isə şərləndiyini bildirir.

Ana səhifəXəbərlərŞəfəq Ağacan aclıq aksiyasına başladığını deyir