FHN: "Məzahir Əhmədovun yanmış meyiti aidiyyəti üzrə təhvil verilib”
Fevralın 8-də Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında baş verən yanğında bir nəfər ölüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı
məlumat
da bildirilir.
Məlumata görə, ölən şəxsin 1972-ci il doğumlu Məzahir Əhmədov olduğu qeyd olunub: “Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansarda tipli yataqxana binasının ümumi sahəsi 500 m² olan mansardasında taxta konstruksiyalardan ibarət 1 otaq 15 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Məzahir Əhmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”.
Fövqəladə Hallar Nazirliyi yanğının yayılmasının qarşısını aldığını və binanın qalan hissəsi yanğından mühafizə olunduğunu bildirib.