Əmlak Komitəsi

Mənbə: meydan tv

Başlıq: Əmlak Komitəsi

''Sədərək''in sahibi Xəzərin sahilini hasarlamağa görə cərimələnib

Amma Əmlak Məsələləri Dövlət Komitəsinin bu barədə qərarını məhkəmə ləğv edib

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli cəzalandırılıb. Buna səbəb isə işadamının Xəzər dənizinin sahili ilə bağlı müəyyənləşdirilmiş qaydaları pozması olub.

Meydan TV-nin əldə etdiyi məlumata görə, dəniz sahilini hasarlamaqda ittiham olunan Y.Qədimbəyli inzibati qaydada cəzalandırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi onu İnzibati Xətalar Məcəlləsinin 248-ci (Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələrilə bağlı tələblərin pozulması) maddəsi əsasında cərimələyib.

“Yusif Qədimbəyli cəriməni ödəməkdən imtina edib. Əmlak Məsələri Dövlət Komitəsinin qərarından məhkəməyə şikayət verib. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Hakim Şəlalə Həsənova cərimə qərarını ləğv edib. Əsas kimi isə iş üzrə hərtərəfli araşdırma aparılmaması göstərilib. Bu qərardan da apelyasiya şikayəti verilib”, - deyə mənbə bildirib.

Məlumata görə, bu, Xəzərin sahilinin hasarlanmasına görə Y.Qədimbəyliyə verilən ilk cəza deyil. Onun haqqında bundan öncə də eyni əmələ görə cəza qərarı çıxarılıb: “Əvvəlki qərar da inzibati qaydada cəzalandırılması olub. Təxminən bir il əvvəl çıxarılıb”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1mtlb3

Ən çox baxılan