Seçkiqabağı təşviqat üçün yerlərin adları açıqlanıb

Təşviqat martın 19-dan başlayır

Source:
Seçki
Seçki


Təşviqat martın 19-dan başlayır

Aprelin 11-də Azərbaycanda keçirilcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat aparmaq üçün şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı

açıqlanıb.

Azərtac agentliyi məlumat verib ki, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.

Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.

MSK bu günə qədər prezidentliyə yeddi nəfərin namizədliyini təsdiq edib – hazırki dövlət başçısı İlham Əliyev, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasınən sədri Fərəc Quliy, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi “AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir.

Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.

Seçkiqabağı təşviqat martın 19-da başlayır. Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.

Ana səhifəXəbərlərSeçkiqabağı təşviqat üçün yerlərin adları açıqlanıb