“Seçkilər zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verilib”

“Mən dediyim faktları müsavatçıların diqqətinə çatdırıb, münasibəti öyrəndikdən sonra qərar verəcəyəm”

Source:


“Mən dediyim faktları müsavatçıların diqqətinə çatdırıb, münasibəti öyrəndikdən sonra qərar verəcəyəm”

“Partiyanın İcra Aparatında çalışan şəxslər rayon təşkilatlarının üzvlərinə təzyiq göstəriblər. Bu barədə faktlar var”. Açıqlamanı apa-ya Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub verib.

V. Əyyub bildirib ki, qurultay ərəfəsində hazırkı başqan Arif Hacılının tərəfdarları tərəfindən qurultay nümayəndələrinə siyahı paylanıb ki, bunlar da Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qərarının pozulması deməkdir: “Buna görə də qurultaydakı seçkilərin nəticələrinin legitimliyi mənim üçün şübhəlidir”.

V. Əyyub daha sonra bildirib ki, hələ ki partiyadan istefa vermək niyyətində deyil: “Mən dediyim faktları müsavatçıların diqqətinə çatdırıb, münasibəti öyrəndikdən sonra qərar verəcəyəm”.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu isə 200 səslə ikinci olub.

Ana səhifəXəbərlər“Seçkilər zamanı bəzi qüsurlara və ədalətsizliklərə yol verilib”