Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı 23 dekabr 2014-cü il tarixdə keçirilən bələdiyyə seçkilərilə bağlı mətbuat konfransı keçirib.
Müsavat Partiyasının MSK-da səlahiyyətli nümayəndəsi Elman Fəttah hesab edir ki, bələdiyyə seçkiləri qeyri-demokratik şəraitdə keçirilib. O, əlavə etdi ki, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və çox saylı qanun pozuntularına yol verilib. Seçkilərin nəticələri yerli sakinlərin azad iradəsini ifadə etməyib.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 24 Dekabr 2014 20:41