“Bu, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilə əlaqədardır”
Bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov belə deyib.
“Report”un məlumatına görə, MSK sədri deyib ki, bu, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması ilə əlaqədardır:
“Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.