Seçiciləri Oqtay Əsədovu tanıyırmı ? (VİDEO)

Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçki öncəsi hər həftə deputatları seçicilərindən soruşacağıq. Seçildikləri dairəyə gəlirlərmi, onların problemləri ilə maraqlanırlarmı ? Deputat kimi işlədikləri 5 il ərzində seçicilərini qayğılandıran problemləri kürsülərindən dilə gətirirlərmi ? Milli Məclisin sədri Oqtay Əsədovdan başladıq.

Oqtay Əsədov 2000-ci ildən Milli Məclisin deputatıdır. O, 2005-ci ildən başlayaraq parlamentin sədri postunda çalışır. Oqtay Əsədov 2010-cu ilin noyabrında 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub və Milli Məclisdə yer alıb.

Oqtay Əsədovun sədrlik etdiyi dönəmdə Milli Məclis sədrin maaşını 1950 manatdan, 2250 manata qədər qaldırdı. Qanunverici orqan bununla bağlı “Milli Məclis deputatının statusu” haqqında qanunun 21-ci maddəsinə dəyişiklik etdi. Deputatlar sədrin maaşını artırsalar da, sədrlə deputatlar arasında mübahisələr də yarandı.

Seçicilər isə Oqtay Əsədovu təkcə sədrlik kürsüsündə yox, həm də seçildiyi dairədə görmək istəyirlər.

Ana səhifəVideoSeçiciləri Oqtay Əsədovu tanıyırmı ? (VİDEO)