Səbaildə güclü partlayış yanğına çevrildi

Yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb

Source:


Yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb

Aprelin 24-də səhər çağlarında paytaxtın Səbail rayonu ərazisində güclü partlayış baş verib. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsində yamac ərazidə yerləşən iri neft çənlərindən birində güclü partlayış az sonra yanğına keçib.

Hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Partlayış nəticəsində insan tələfatının olub-olmaması məlum deyil.

Saat 11 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb. ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev

APA

-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb. Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.

İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur. Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.

Ana səhifəXəbərlərSəbaildə güclü partlayış yanğına çevrildi