Noyabrın 29-u bir neçə Səbail rayon sakini Salyan şossesi 35 ünvanında avtomobil yolunu bağlayıblar. Etirazın məqsədi sakinlərin yaşadığı ünvandan avtobus xəttinin işləməməsidir. Onlar ictimai nəqliyyatdan istifadə etmək üçün 3 km piyada yol gedərək, 20-ci sahədəki avtobuslardan istifadə etməlidirlər. Aksiyaya polis müdaxilə etsə də, ciddi insident yaşanmayıb.