”Schnieder Elektrik Sanayi ve Ticaret AS” ölkədən getməyib, adını dəyişib

Şirkət artıq ”Schneider Electric Middle East Projects” şirkətini kimi işini davam etdirəcək

Source:


Şirkət artıq ”Schneider Electric Middle East Projects” şirkətini kimi işini davam etdirəcək

“Schnieder Elektrik Sanayi ve Ticaret AS” şirkəti Bakıda fəaliyyətini davam etdirir, bağlanmayıb. Bu barədə Meydan TV-yə şirkətin əməkdaşı Teymur Nəsrullayev məlumat verib. O, şirkətin ölkədən getməsi haqqında gedən məlumatın yanlış olduğunu bildirir:

“1994-cü ildən Azərbaycanda fəaliyyətə başlayan şirkətimiz dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşıb və 100-dən çox ölkədə fəaliyyət göstərir. “Schneider Electrıc” şirkəti əməliyyatlarını genişləndirərək Azərbaycanda hüquqi adını dəyişərək, 18 oktyabr 2017-ci il tarixindən etibarən “Schneider Electric Middle East Projects” şirkəti kimi işini davam etdirəcək”.

Qurumun bu haqda yaydığı məlumatda isə şirkətin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemir adından bunlar qeyd olunub:

“Biz Azərbaycanda sürətli inkişafı görməkdən məmnunluq duyur və enerji idarəetməsi sahəsində öz məhsul və texnologiyalarımızı təklif edərək həmin yüksəlişə töhfə vermək istəyirik. Azərbaycandakı uğurumuzun davamı olaraq biz Bakını Orta Asiya ölkərində fəaliyyətimizin mərkəzi kimi müəyyənləşdirdik. Bu da öz növbəsində dünyada tanınmış şirkətinin fəaliyyətində Azərbaycanın xüsusi rolunu bir daha vurğulayır”.

“Schneider Electric” şirkəti Bakıda ofisini 2006-cı ildə açıb.

“Şəbəkələri, eləcə də yaşayış binaları kimi sahələrdə hakim mövqeyə malikdir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, sərfəli və ekoloji baxımdan zərərsiz şəkildə istifadə olunmasına yönəldən şirkətlər qrupu 144.000 nəfərdən çox işçi heyəti sayəsində satış həcmini 2016-cı ildə 25 milyard avroya qədər yüksəltməyə müvəffəq olmuş və beləliklə də, fiziki şəxslərin və ayrı-ayrı təşkilatların öz enerjilərini maksimum səmərə ilə istifadə etmələrinə fəal surətdə kömək etmək əzmini nümayiş etdirmişdir” – məlumatda qeyd olunur.

Oktyabrın 18-də “Turan” İnformasiya Agentliyi məlumat yayaraq, Bakıda üç xarici şirkət filiallarının bağlandığını bildirib.

“Böyük Britaniyada qeydiyyata alınmış iki şirkət (Qinterra Technologies AS və Altus Intervention AS ) bu ilin sentyabrında birləşib. Birləşmiş şirkət “Altus Intervention” adlanır. Bu servis şirkətləri Azərbaycanda 2016-2017-ci illərdə işləyib. Hələlik hər iki filialın bağlanma səbəbi açıqlanmır.

Altus Intervention İsveçin EQT birbaşa investisiyalar fonduna məxsusdur.

Almaniyanın dünyada məşhur şirkətinin Türkiyə qanadı olan “Schnieder Elektrik Sanayi ve Ticaret AS”-ın Azərbaycandan getməsi qəribə sayıla bilər. Şirkət 2011-ci ildən Azərbaycanda uğurla çalışıb və dövlət və özəl strukturlarla yaxşı əlaqələri olub.

Bir çox xarici şirkətlərin getməsi müqavilə müddətinin bitməsi ilə də izah edilir. Bir sıra şirkətlər ölkədə iqtisadi vəziyyətin pisləşməsi, biznesə müxtəlif obyektiv olmayan təsirlərlə bağlı fəaliyyətini dayandırır” – xəbərdə deyilir.

Ana səhifəXəbərlər”Schnieder Elektrik Sanayi ve Ticaret AS” ölkədən getməyib, adını dəyişib